Məktəbdə “Narkomaniya nədir?” mövzusunda maarifləndirici tədbir keçirilib

   Məktəbdə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə “Narkomaniya nədir?” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirin əsas məqsədi şagirdlər arasında narkotik vasitələrin fəsadları haqqında məlumatlılığı artırmaq, onları bu təhlükəli vərdişdən uzaq tutmaq və sağlam həyat tərzini təbliğ etmək olub.

   Tədbirdə çıxış edən Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayev narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərdən danışıb. Onlar narkomaniyanın hüquqi və sosial nəticələrinə də toxunaraq, bu cür halların qarşısının alınmasında maarifləndirmə işinin vacibliyini vurğulayıblar.

    Şagirdlərə narkotik vasitələrin yaratdığı psixoloji və fiziki asılılıq, ailə və ictimai münasibətlərə təsiri barədə ətraflı məlumat verilib. Görüş zamanı interaktiv müzakirələr aparılıb, şagirdlərin sualları cavablandırılıb və maarifləndirici videoçarx nümayiş olunub.

    Sonda iştirakçılara narkomaniyaya qarşı mübarizədə ictimai həmrəyliyin və şəxsi məsuliyyətin önəmi bir daha xatırladıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi