’’Cerebry’’ layihəsinə start verildi

Bugün məktəbin IX-X siniflərində Cerebry platformasında dərslərə start verildi. Cerebry layihəsinin əsas məqsədi şagirdlərdə səriştəəsaslı tapşırıqların həlli bacarıqlarını inkişaf etdirmək, zehni fəaliyyətin təhlil olunması, müxtəlif sahələrdə tətbiq oluna biləcək yeni texnologiyalar və alqoritmlərin tətbiq olunması, süni intellekt və neyroelmi prinsipləri bir araya gətirərək, insan beyni ilə əlaqəli məlumatların işlənməsi, öyrənilməsi və analizinin aparılmasından ibarətdir. Bu layihə çərçivəsində şagirdlərimiz riyaziyyat və təbiət elmlərində kompetensiyaya əsaslanan tapşırıqlar üzərində çalışaraq biliklərini təkmilləşdirəcəklər.
IX və X sinif şagirdlərinə bu layihənin məqsədi və əhəmiyyəti, tapşırıqların məzmunu barədə fənn müəllimləri və layihə koordinatoru Gültəkin İskəndərova tərəfindən ətraflı məlumat verildi.