Xoş niyyətin dolaşsın, bərəkətin aşıb-daşsın...

Məktəbimizdə Novruz adətlərinin tədrisinə xüsusi önəm verilir. Gənc nəslin istər milli, istər ümumbəşəri keyfiyyətləri dərk etməsində, onların dünyagörüşünün yüksək dəyərlər əsasında formalaşmasında Novruz adətlərinin təbliği faydalı və əhəmiyyətlidir. Elə buna görə də məktəbin fəaliyyət planına əsasən “Novruz”la bağlı tədbirlərə start verilib.
Bu gün məktəbimizin 5”B” sinif şagirdləri öz sinif rəhbərləri Həcər Bəşirova və tarix müəllimi Ofelya Cəfərova ilə “Novruz çələngi” silsiləsindən “Xoş niyyətin dolaşsın, bərəkətin aşıb-daşsın...” adlı diskussiya keçiriblər. Diskussiya həzin bir musiqi sədalarının səslənməsi ilə başlayıb. Sonra uşaqlar şeirlə bir- birini salamlayıblar. “Novruz”un tarixindən söhbət açaraq maraqlı müzakirəyə yol açıblar. Onlar Novruzun daha qədim dövrlərə təsadüf etməsindən, çərşənbələrin yaranma səbəbindən maraqlı əhvalatlar danışıblar. Bir-birini tamamlayan slaydlar videoçarxlar rəngarəngliyi ilə seçilib. Masa başında toplaşan şagirdlərin maraqlı söhbətləri hamıda xoş əhval-ruhiyyə yaradıb.
Diskussiya oynaq bir musiqinin sədaları altında” Zəfər əhvallı bayramın – Novruzun mübarək, Azərbaycan!” kəlmələri ilə başa çatıb.