Kitabxanada bir gün...

19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində İrəvan şəhərində fəaliyyət göstərən təhsil ocağı-İrəvan müəllimlər seminariyası olub. Bu təhsil ocağının 140 illiyi münasibətilə məktəbimizdə ənənəvi tədbirlərə start verilib.Seminariyanın məzunlarını yad etmək məqsədilə 5"B"sinif şagirdləri Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında olublar. Şagirdlər məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Həcər Bəşirovanın F. Köçərlinin həyatından bəhs edən maraqlı söhbətlərinə qulaq asıb, kitabxananın əməkdaşlarının hazırladığı videoçarxa baxıblar.