İnşa müsabiqəsi keçirilib

      Azərbaycan dilini xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli müstəqilliyimizin başlıca rəmzləri ilə eyni səviyyədə qiymətləndirən, "Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir" söyləyən ulu öndər Heydər Əliyev bildirirdi ki, xalqımızın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir.
Məktəbimizdə V-VII sinif şagirdləri arasında "Bu dil mənim öz dilimdir, Nəğmə dilim, söz dilimdir" adlı inşa müsabiqəsi keçirilib. Şagirdlərimiz dilimizin zərifliyindən, incəliyindən, analarımızın laylasından cana gəlməsindən, tarixlərə görk olmasından uğurla söhbət açıblar. 7"B"sinif şagirdi Xuraman Rzayeva, 5"B"sinif şagirdi Aynur  Rəhimova ll-lll yerə layiq görülərək diplomla mükafatlandırılıblar. Müsabiqənin qalibi "Başda tacım səni bilim,  Ana dilim" - deyərək fikrini yekunlaşdıran 7"B"sinif şagirdi Ülfanə Hüseynzadə fəxri fərmanla təltif edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi