"My mother is my world’ adlı tədbir keçirilib

Məktəbin ingilis dili müəllimi Əfəndizadə Sevda 5"B" sinfinin şagirdləri ilə birgə 8 Mart Qadınlar bayramı münasibətilə ‘My mother is my world’ adlı tədbir keçirib. Tədbirdə müəllim bu gözəl günün təsis olunma tarixindən, bu bayramın hər kəs üçün nə qədər anlamlı olmasından danışıb. Qadınların cəmiyyətdəki rolunun nə qədər böyük olduğu bir daha vurğulanıb , şagirdlər hər biri öz anasının fotoşəkilləri fonunda hazırladıqları çıxışlarını nümayiş etdirdilər, analarına olan sevgilərini şeirlərlə , mahnılarla vəsf ediblər. Tədbir böyük ruh yüksəkliyi ilə başa çatıb.