İdmançılarla görüş keçirilib

1"B" sinif müəllimi Sevinc Məcidova şagirdlərinin sağlam, vətənpərvər ruhda böyüməsi istiqamətində daha bir addım atıb, daha bir maraqlı görüş təşkil edib. Belə ki, o fiziki tərbiyə dərsinə vaxtilə ermənilərə qalib gəlmiş məktəbin basketbol komandasının üzvləri olan məzun idmançılar Əli Məmmədov və Famil Məcidovu dəvət edib. İdmançılar uşaqlara sağlam olmaq üçün necə qidalanmaq lazım olduğu barədə danışıblar. Daha sonra vətəni qorumaq, onun adını yüksəklərə qaldırmaq üçün isə mütləq sağlam və savadlı olmalarını vurğulayıblar.