Reproduktiv sağlamlıq mövzusunda seminar keçirildi

Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi arasında olan razılaşmaya əsasən “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən”Reproduktiv sağlamlıq” mövzusunda mütəmadi şəkildə seminarlar təşkil olunur.
02 mart tarixində məktəbin biologiya müəllimləri tərəfindən VI və VII sinif şagirdlərinə oğlan və qız şagird qrupları üçün ayrı- ayrılıqda olmaqla” Reproduktiv sağlamlıq” seminarı təşkil olunub. Seminarda təqdim olunan təqdimatlarda qeyd olunub ki, reproduktiv sağlamlıq nəsil artımı qabiliyyətinin olması və azad seçim deməkdir. Bu sağlamlığın təməli yeniyetmə dövründə yaranır və bütün həyat boyu qorunub saxlanılır. Təqdimatlardan şagirdlər reproduktiv sağlamlıq üzrə bilik və bacarıqlara yiyələnməklə sanitar, gigiyenik qaydalara əməl etmək, hər cür zərərli vərdişlərdən (siqaret çəkmək, alkoqol və narkotik maddələrdən istifadədə) uzaqlaşmaq haqqında daha dərin biliklərə yiyələniblər.