"İdman dünyasında" adlı intellektual bilik viktorinasi keçirilib

Məktəbin Fəaliyyət Planına uyğun olaraq idman həftəsi günləri çərçivəsində "İdman dünyasında" adlı intellektual bilik viktorinasi keçirilib. Viktorinanı keçirməkdə məqsəd şagirdlərin idman haqqında biliklərini daha artırmaq, şagirdlərdə idmana sevgi, hörmət aşılamaq, sağlam həyat tərzinə yönəltməkdən ibarət olub.
Bilik müsabiqəsində 5-ci siniflərdən ibarət 4 komanda öz biliklərini nümayiş etdiriblər. İştirakçılara idmanın müxtəlif növlərini əhatə edən 30 sual verilib. Hər bir sualın cavablandırılmasına 15 saniyə vaxt verilib. Hamıdan çox 25 sualı dolğun və tez cavablandıran 5"B" sinfinin komandası müsabiqənin qalibi olub .
Sonda komandaya kubok təqdim olunub və xatirə şəkli çəkilib.