“Psixoloji hazırlıq idmançının nəticəsində mühüm rol oynayır” mövzusunda tədbir keçirilib

    İdmançılar daxilən güclü insanlardırlar. Onlar psixoloji cəhətdən güclü olmasalar, rəqiblərinə qalib gələ bilməzlər. Lakin elə neqativ hallar baş verə bilər ki, bu idmançılara pis təsir edər. Belə vaxtlarda idmançılara psixoloji dəstək olmaq lazımdır. Psixoloqlar həm də ünsiyyətdə olduğu idmançıların problemlərini duymağı, onları dinləməyi bacarmalıdırlar.

     Bununla bağlı məktəbdə şagirdlərin  və idman müəllimlərinin iştirakı ilə dəyirmi masa keçirilib .İdmançıların yarışa psixoloji hazırlığı haqqında məktəbin psixoloqu Gülsənəm Bayramlı danışıb.O, bildirib ki, yarış ərəfəsində və ya yarış zamanı idmançının psixoloji vəziyyətinin qaydasında olması çox mühim əhəmiyyət kəsb edir. Bəzən idmançı yarışlara fiziki cəhətdən yüksək səviyyədə hazır olsa da, psixoloji cəhətdən zəif olur. Belə vəziyyətdə köməyə gələn psixoloq hər bir idmançiya fərdi şəkildə yanaşmalı, onun hansı xasiyyətə malik olmasının müəyyənləşdirməlidir. Daha sonra bu sahədə həyata keçirilən tədbirlərdən, dövlətimizin idman sahəsinə olan qayğısından danışıb.

  İdman müəllimləri də öz növbəsində idmanın şagirdlərin fiziki sağlamlığında rolundan şagirdləri məlumatlandırıblar.

Direktor Kəmalə Qədirova məktəbin idman sahəsində uğur qazanmış şagirdlər haqqında danışıb. Sonda o bildirib ki, psixoloqun əsas işi yarışdan öncə gərginliyi aradan qaldırmaq, psixoloji dəstəyi ilə idmançıları qələbəyə kökləməkdən ibarət olmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi