İdman həftəsi çərçivəsində IX - XI sinif şagirdləri arasında "Qol güləşi" yarışı keçirilib

Bilirik ki,sağlam gəncliyi formalaşdırmaqdan ötrü gərək gənclərin fiziki sağlamlığı sağlam olsun.Elə qol güləşinin amacı daima Azərbaycan gəncliyini neqativ hallardan (narkomaniyadan və s. zərərli vərdişlərdən) uzaqlaşdırmaq, yetişməkdə olan gənc nəslin fiziki-mənəvi baxımdan sağlam, milli vətənpərvərlik ruhunda yetişdirməkdir."Qol güləşi" üzrə qaliblər müəyyən edilib.
Yarışın nəticələrinə görə həm sağ, həm də sol əldə 65 kq çəki dərəcəsində Əliyev İbrahim, 70 kq çəki dərəcəsində Ağamuradov Murad,75 kq çəki dərəcəsində Əhmədov Xalid 1-ci yerə layiq görülüb. Qalib gəlmiş idmançılar müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.