Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub

Məktəbdə 1 mart Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunmasında məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, onlara baş verə biləcək təbii fəlakət yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarət olub.
Tədbirdə şagirdlərə yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, əleyhqazdan istifadə qaydaları, ”112” zəng xidmətindən istifadə mövzularında ətraflı məlumat verilib.
Tədbirdə şagirdlər ilkin yardım və təxliyə zamanı bacarıqlarını da nümayiş etdiriblər.