Xocalıya ədalət adlı təşkilat saatı keçirildi

Xocalı faciəsinin 30 -cu ildönünümü ilə əlaqədar bütün respublikada olduğu kimi məktəbimizdə də silsilə tədbirlər keçirilməkdədir. Bütün siniflərdə ilk dərs Xocalı soyqırımına həsr olunub. Məktəbin 7 “E” sinfində sinif rəhbərinin təşkilatçılığı ilə faciəyə həsr olunmuş sinif təşkilat saatı keçirildi. Şagirdlər tarixin iziylə addımlayaraq həmin günləri bir- bir yada saldılar. Onlar şəhidlərimiz haqqında, həmin dəhşətli gecəyə həsr edilmiş “Xocalı nişanəsi “ qısametrajlı filmə baxıb, həmin günün acısını bir daha yaşayaraq, “qan yaddaşlarını” təzələdilər. Sinif rəhbəri Qurbanova Bənövşə tərəfindən verilən ətraflı məlumata qulaq asaraq öz təəssüratlarını müəllimlə bölüşdülər. Xocalıya həsr edilmiş rəsmlərini nümayiş edib, bildikləri məlumatla paylaşaraq, Xocalı faciəsinə həsr etdikləri rəsmlərdən sinif guşəsi hazırlayıblar. Sonda bütün Qarabag şəhidlərinə Allahdan rəhmət diləyərək, heç vaxt, heç nəyin unudulmadığını və unudulmayacağını qeyd edərək, Xocalıya ədalət dilədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi