Xocalı soyqırımı -XX əsrin faciəsi

Məktəbdə Xarici Dillər Universitetinin tələbələrinin və şagirdlərin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı -XX əsrin faciəsi” adlı tədbir keçirilib. İlk öncə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla hörmətlə anılıb.Tədbirdə Nəsimi rayon İcra Hakiminin birinci müavini Gülarə Verdiyeva çıxış edib.Gülarə xanım əsrin faciəsinə öz münasibətini bildirib. Bu faciənin xalqımız üçün qanlı tarix olduğunu qeyd edib. Çıxışının sonunda ulu öndər Heydər Əliyevin "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir" sözlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tədbirdə çıxış edən məktəbin direktoru Kəmalə Qədirova bildirib ki, Xocalı faciəsini törədənlər tarix qarşısında cavab verəcəklər .Bu faciənin Azərbaycan xalqının qan yaddaşına yazıldığını bildirib. Xocalı faciəsinə həsr olunmuş tədbirdə 44 günlük müharibənin şahidləri müzəffər ordumuzun qəhrəmanlıqlarından danışıblar. Qazilərimiz çıxışlarında torpaqlarımızın qəhrəman əsgərlərimizin qanı bahasına alındığını bildiriblər.Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş videoçarx izlənilib.