Şeir müsabiqəsi keçirildi

Məktəbimizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 dekabr 2018-ci il tarixli 857s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nın icrası üzrə V-IX siniflər arasında “Ana dilimiz milli-mənəvi sərvətimizdir” şeir müsabiqəsi keçirilib. Şagirdlər doğma dilimizin saflığına həsr edilmiş bədii nümunələr söyləyiblər. Müsabiqədə iştirak edən münsiflər heyəti şagirdləri əvvəlcədən müəyyən olunmuş meyarlara əsasən qiymətləndiriblər.Sonda Ana dili və ədəbiyyat müəllimi Təranə Bağırova bildirib ki, dil xalqın mənəviyyatı, onun ruhudur. Ana dilimiz bizim milli-mənəvi sərvətimizdir, dilimizi qorumalıyıq. Bəxtiyar Vahabzadə dilimizin sıxışdırıldığı bir dövrdə bir-birinin ardınca Ana dilimizin qorunması, inkişaf etməsi haqqında şeirlər, məqalələr yazıb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi