Birinci siniflərdə monitorinq keçirilib

Birinci siniflərdə ana dili,riyaziyyat fənləri üzrə tədrisin keyfiyyətinin öyrənilməsi məqsədilə monitorinq təşkil olunub. Məqsəd şagirdlərin ilkin oxu, yazı, hesablama bacarıqlarına yiyələnmə səviyyəsini öyrənmək olub. Şagirdlərin şifahi oxusu yoxlanılıb. Onlara sadə riyazi tapşırıqlar verilib, şifahi sorgu keçirilib. Lügət üzrə imla yazı bacarıqları yoxlanılıb .