Zirvəyə uçmağa dil qanad olar…

  Poeziya dilim, şirin layla dilim, ecazkar mahnı dilim, dosta məhəbbət, düşmənə nifrət dilim- mənim ana dilim!

 Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunduğundan məktəbimizin 5”B” və 7 ”B” sinif şagirdləri də bu həzin, nəğməkar dilimizin özəlliklərini yada salmaq üçün akt zalına toplaşıb “Zirvəyə uçmağa dil qanad olar”adlı  maraqlı tədbir nümayiş etdiriblər. Gözəl mahnılar, rəqslər, səhnəciklər akt zalına toplaşan müəllim və valideynlərin marağına səbəb olub. Dilin gözəlliyi  onu işlədənlərin  nitq bacarığından asılıdır. Tədbirdə şagirdlər çalışıblar ki, dilimizin saflığını və gözəlliyini qorusunlar.

 Tədbirin sonunda bu qənaət hasil olub ki, dilimizi inkişaf etdirib yaşatmaq özümüzü yaşatmaqdır, tariximizi yaşatmaqdır. Ana dili bizim həyatımız, inamımız və qeyrətimizdir, dünənimizdən sabahımıza salınan mənəvi körpüdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi