Məktəbdə valideyn iclası keçirilib

Sinif rəhbərləri, fənn müəllimləri valideynləri I yarımilin nəticələri ilə tanış edib. Məktəb müdiriyyətinin tapşırıqlarını valideynlərə çatdırıblar. Dərsə davamiyyəti zəif olan valideynlərlə müdiriyyətin görüşü olub. Zəif nəticə göstərən şagirdlərin valideynlərinə fənn müəllimləri öz tövsiyələrini veriblər. Buraxılış imtahanı verən şagirdlərin valideynləri ilə maarifləndirici söhbətlər aparılıb.Valideynlər məktəb müdiriyyətinə, fənn müəlimlərinə öz təşəkkürlərini bildiriblər.