Şagirdlər fəxri fərmanla təltif olundu

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Müdrik şair, kəlamına salam olsun! “ adlı layihədə məktəbimizin 11-"B" sinif şagirdi Telnaz Talıbova Nüşabə xatun , 10-"A" sinif şagirdləri Nail Məmmədov Xosrov Pərviz , İsmayıl Məhərrəmli Fərhad , 7-"B" sinif şagirdi Fatimə Davudova Məhinbanu , 5- "B" sinif şagirdi Leyla İsgəndərli Şirin obrazlarını bacarıqla ifa ediblər. Onlar Nizami Gəncəvinin "Xəmsə" si əsasında qurulmuş bu səhnəcikləri onlayn təqdim etmiş və fəxri fərmanla təltif olunublar.Bu şagirdlər Şəhla Gündüzün rəhbərliyi ilə məktəbimizdə fəaliyyət göstərən “PÖHRƏ" teatırının şagird aktyorlarıdır. Şagirdlərimizi təbrik edirik.