Məktəb pedaqoji şurasının növbəti iclası

Məktəb pedaqoji şurasının növbəti iclası keçirilib. Məktəbin direktoru gündəlikdə olan məsələləri pedaqoji kollektivin diqqətinə çatdırıb.İlk öncə məktəb direktoru böyük summativ qiymətləndirmənin nəticələri barədə məruzə edib.Problemlərə münasibət bildirib.Gündəlikdə olan ikinci məsələ haqqında direktor müavini çıxış edib.Direktor müavini birinci yarımilin yekunu və ikinci yarımildə qarşıda duran vəzifələr barədə danışıb.Gündəlikdə olan üçüncü məsələ barədə direktor müavini məruzə edib .IX siniflərdə buraxılış imtahanlarına hazırlıq barədə çıxış edən məktəb direktoru nəticələri təhlil edib.Məktəbdə sinifdənxaric işlərin təşkili və nəticələri barədə direktor müavini çıxış edib.Məktəbin psixoloqu məktəbdə psixoloji xidmət işinin vəziyyəti barədə çıxış edib.Pedaqoji şurada məktəb inventarlarının qorunması barədə danışılıb.Sonda məktəb direktoru cari məsələlər barədə çıxış edib.Müəllimlərə tapşırıqlar verib.