Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr edilmiş dəyirmi masa

Məktəbin kitabxanasında Azərbaycan dili və ədəbiyyat müəllimi Güləbətin Məhərrəmova 5"A" sinfinin iştirakı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr edilmiş dəyirmi masa keçirib. Şagirdlər Mübariz İbrahimovun şərəfli,qəhrəmanlıqla dolu həyat yolu haqqında təqdimatlarla çıxış ediblər. Milli Qəhrəmanımıza həsr edilmiş şeirlər söyləyiblər. Şagirdlərə qəhrəman şəhidimizin qəhrəmanlıq yolunu əks etdirən slaydlar təqdim olunub. Tədbirdə məktəbin müdiriyyəti iştirak edib.