«Ya şəhid olaram, ya qazi! Yox, yox əvvəl qazi olub, intiqam alib sonra şəhid olaram!» Mübariz İbrahimov

     Məktəbin  6"B" və  10"B" siniflərində  Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr edilmiş dəyirmi masa keçirilib. Şagirdlər ilk növbədə  Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar.Sonra  Mübariz İbrahimova həsr edilmiş əsərlərdən, şəhidin  həyat yolundan danışıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının  Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncamı oxuyublar.Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Bağırova bildirib ki, bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Milli Qəhrəmanımız  qayıtmaq imkanı ola-ola geri dönməmiş daha da irəli getmiş və Vətən yolunda, bizlər üçün canından keçib. Məhz bundan sonra Ermənistanda 3 günlük matəm elan olunub. Mübariz İbrahimov  ən böyük arzusu olan şəhidlik zirvəsinə ucalıb. Qəhrəman şəhidimizin özünün də dediyi kimi VƏTƏN SAĞ OLSUN!   
Vətənpərvərlik təkcə dildən çıxan sözdən asılı deyil. Əsl vətənpərvər insan ona tapşırılmış vəzifəni mükəmməl yerinə yetirən, dövlətinə sadiq olan, millətini sevən, bayrağını sevən və hər an dövləti üçün heç bir təmənna güdmədən canını qurban verən şəxsdir. Budur vətənpərvərlik.
Ruhun şad olsun,qəhrəman şəhidimiz.Torpaqlarımız azad oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi