Gənclər günü münasibətilə tədbir keçirilib

Məktəbdə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tarix müəllimləri Səbinə Şahmalıyeva və Ofelya Cəfərova 9"B", 9"Ç" sinfinin şagirdləri ilə tədbir keçiriblər. Tədbirdə qeyd olunub ki, əsası ümummilli lider Heydər Əliyev tərəfinfən qoyulmuş gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin iz buraxıb.
Bu gün artıq Ulu öndərin gənclərə etimadı öz təsdiqini tapıb. Bildirilib ki, prezident İlham Əliyev ümummilli liderin gənclər siyasətini uğurla reallaşdırır.
Şagirdlər çıxışlarında 44 günlük Vətən müharibəsində gənclərin rolundan, Azərbaycan gəncliyinin respublikamızda və beynəlxalq miqyasda təmsil olunmasından danışıblar.Həmçinin məktəbin Uşaq Birliyi Təşkilatı rəhbəri Tağıyeva Bənurə 9 "B" sinif şagirdləri ilə,, Gənclər Müstəqil Azərbaycanın qurucularıdır,, mövzusunda müzakirə keçirib. Müzakirədə şagirdlər tərəfindən gənclər haqqında atalar sözləri və aforizmlər deyilib, gənclərin Azərbaycanın gələcəyi olduğunu vurğulayıb.
Tədbirin sonunda Gənclər Gününə həsr edilmiş videoçarx nümayış etdirilib və şagirdlərin suallarına aydınlıq gətirilib.