Hörmətlə anırıq

Bir kərə yüksələn bayraq bir daha enməz!
Məktəbin onuncu sinifləri Azərbaycan Cümhuriyyətinin (1918-1920) banilərindən olan Məmməd Əmin Rəsulzadəyə həsr olunmuş müzakirə keçiriblər. Müzakirədə Azərbaycan dili müəllimi Bacıxanım Əliyeva mövzu haqqında ətraflı məlumat verib, şagirdlər görkəmli ictimai və siyasi xadimin həyat və fəaliyyətini əks etdirən təqdimatlarla çıxış ediblər. Mövzu ətrafında maraqlı müzakirə olub. Tədbir dahi şəxsiyyətin "Bir kərə yüksələn bayraq bir daha enməz! " ifadəsi ilə bitib.