“Şən startlar” estafet yarışı keçirilib

     İdman həftəsi çərçivəsində məktəbdə V siniflər arasında "Şən startlar" estafet yarışı keçirilib. Oyunlar 5 mərhələdə (topla estafetlər, fiqur qurmaq, qaçaraq topu səbətə atmaq, kəndirin dartılması, qapıya cərimə zərbələri) keçirilmişdir.

  "Şən startlar" əyləncəli idman oyunlarında komandaların nəticələrini qiymətləndirmək üçün 3 nəfərdən ibarət hakimlər heyəti təyin edilmişdir.

   Gərgin idman mübarizəsi şəraitində keçən oyunlarda  5"B" sinfi I yerə layiq görülüb.

     Tədbirin sonunda məktəbin direktoru Kəmalə Qədirova qalib komandaları təbrik edib və belə tədbirlərin gələcəkdə də keçirilməsini tapşırıb.Hər üç komandaya müvafiq dərəcəli diplomlar təqdim olunub. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi