Böyük summativ qiymətləndirmə (BSQ) aparılır.

1-ci yarımil üzrə böyük summativ qiymətləndirmə 24 yanvar 2022-ci il tarixdən IV, IX, XI siniflərdə bütün fənlərlərdən, V-VIII və X siniflərdə isə imtahan fənlərindən və sentyabr Pedaqoji şurasnın qərarı ilə qəbul olunmuş digər 3 fəndən keçirilir.
Böyük summativ qiymətləndirmənin aparılması 31 yanvar tarixədək davam edəcək.
Böyük summativ qiymətləndirmənin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.
Böyük summativ qiymətləndirmə vasitələri məktəb rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanıb.