Şagirdimiz İnternet sahibkarlığı nominasiyası   üzrə 1-ci yerə layiq görülmüşdür

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə uşaq və gənclər arasında 2021-ci ilin 01 oktyabr-30 dekabr tarixlərində «Sahibkar məktəbli» adlı müsabiqə təşkil edilmişdir. Müsabiqə 2 yaş qrupu(10-13 yaş, 13-16 yaş) üzrə aşağıdakı nominasiyalar üzrə təşkil edilmişdir.
Məktəbimizin 5”ç” sinif şagirdi Yusifzadə Əli   İnternet sahibkarlığı nominasiyası   üzrə 1-ci yerə layiq görülmüşdür. Əli Yusifzadə müsabiqə barədə məlumatı “Edunomika” təhsil layihəsinin paylaşımından əldə etmiş, şəxsi təşəbbüsü ilə qatılmağa qərar vermişdir.3 ay davam edən layihəyədə təcrübəli mentorlar tərəfindən keçirilmiş təlimlər nəticəsində özünütəqdimetmə, özünəinam, operativ düşünmə bacarıqlarının inkişafına dəstək olmuşdur. Əlini təbrik edir,uğurlarının davamlı olmasını arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi