Bu vətən kimindir?!...

    Qanlı tarix... İllər ötsə də, bu söz dəyişməyib. Bu, həqiqətən də Azərbaycanın salnaməsinə yazılmış qanlı tarixdir.  “1990-cı il 20 Yanvar” ... Facıə törədilib, günahsız insanlar şəhid olublar.

   Heç zaman unudulmayacaq o gündən 32 il keçməsinə baxmayaraq, məktəbimizin uşaq birliyi rəhbəri Bənurə Mərdanova, Azərbaycan dili və ədəbiyyatı müəllimi Həcər Bəşirovanın iştirakı ilə 5“B” və 7”B”sinif şagirdləri “Bu Vətən kimindir?!...”adlı tədbir keçiriblər. Şagirdlər 1990-cı il yanvarın 20-də xalqımıza qarşı törədilmiş qanlı qırğının həm xəyanət, həm də fəlakət olduğunu, bugünkü gənclərin bu fəlakətin səbəbkarlarını lənətlədiyini, digər tərəfdən qürur hissi keçirdiklərini gizlətməyiblər. Çıxış edənlər bildiriblər ki, istər 20 Yanvar, istər Qarabağ şəhidləri bizə Vətəni necə sevməyi, azadlıq, müstəqillik uğrunda qurban getməyi öyrədiblər. Şeirlər, musiqilər səslənib, səhnəciklər göstərilib. Sonda şagirdlər 20 Yanvar şəhidlərinin şəkilləri qoyulmuş rəmzi qəbirlərə üz tutaraq: “Vətənin qeyrətli övladları, siz ana torpaqda rahat uyuyun, çünki siz bu vətən torpağında yaşamağa bizdən daha çox layiqsiniz – deyiblər.

Tamaşaçılara ünvanlanan “İndi cavab verin, bu Vətən kimindir? Bu şəhidlərin, yoxsa biz şahidlərin?...” sualı zalda əyləşənləri  həyəcanlandırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi