“İki limon ağacı” mövzusu üzrə keçirilmiş nümunəvi dərs

5b sinfində Azərbaycan dili fənnindən  “İki limon ağacı” mövzusunda  nümunəvi dərs keçirilib. Dərsin əsas məqsədi mətnin tərkib hissələrinin müəyyən edilməsi, sözlərin həqiqi və məcazi mənada işlənməsinin dəqiqləşdirilməsi, mətndə səbəb-nəticə əlaqələrinin qeyd olunması, mətnin ideyasının sinkveyn üsulu ilə ifadə olunması, dinləmə mətni ilə dərslikdəki mətnin oxşar və fərqli xüsusiyyətlərinin araşdırılması və söylənilən fikirlərin dəyərləndirilməsi olub. Fəallıq göstərən şagirdlər dərsin bir neçə mərhələsində təlim standartlarına uyğun olaraq müəllim tərəfindən qiymətləndirilib. Eyni zamanda həm də özünü qiymətləndirmə və yoldaş qiymətləndirilməsindən də istifadə olunub. Şagirdlər çox fəallıq göstərərək, bu qənaətə gəliblər ki, yaxşılıq edib nəticədə bəhrəsini görən insan xeyirxah insandır. Paxıl artmaz, paxılın bağı göyərməz.  Sonda mövzunu real həyatla əlaqələndirərək “cəld yazı” dan isrifadə etməklə kiçik hekayə yazıblar.

  Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini və fənn müəllimləri iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi