“Ağıllı uşaq” nağılı mövzusunda nümunəvi dərs keçirilib.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Bağırova 6b sinfində ədəbiyyat fənnindən “Ağıllı uşaq” mövzusunda nümunəvi dərs keçirib. Təlim prosesində müəllim yeni təlim texnologiyalarından istifadə edib, şagirdlərin həm fərdi, həm də kollektiv şəkildə tədqiqatlar aparmasına şərait yaradıb.Əsərin qəhrəmanı haqqında müzakirələr aparıb, ikinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərən müzəffər ordumuzun şücaətindən söz açıb .Zəfərə gedən yolda məktəbin rolundan danışıb.Dərsdə məktəb müdiriyyəti, fənn müəllimləri iştirak edib.