Nümunəvi dərs keçirilib

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyeva İlahə dərs dediyi 7a sinfində Azərbaycan dili fənni üzrə "Fəryad",Maşuk meşəsi"mövzusunda açıq dərs keçirib. Dərsin motivasiyası insanın təbiətə verdiyi xeyir və zərər,onun nəticələri üzərində qurulub. Tədqiqat sualı şeirin adı ilə bağlı şagirdlərin proqnozlaşdırmaları ilə davam edib. Şeirin ifadəli oxusundan sonra siniif "Qarabağ","Fəryad","Maşuk"adı altında 3 qrupa bölünüb və iş vərəqləri üzərində iş aparılıb.Dərs zamanı mövzu ilə əlaqədar coğrafiya və ədəbiyyat fənninə də inteqrasiya olunub.Şagirdlər sinkveyn üsulundan istifadə edərək şeirdəki fikirləri ümumiləşdiriblər .Sonda mövzu üzrə qarışıq tipli hekayə yazmaq üçün plan hazırlanıb.Müəllim qruplar üzrə və fərdi şəkildə qiymətləndirmə aparıb və şagirdlərin gündəliklərində qeyd edib.