Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib

Məktəbin ibtidai sinif müəllimləri Məmmədova Tamella,Yusifova Səxavət, Rəzizadə Səmayə məktəbin akt zalında Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçiriblər. Tədbirdə şagirdlər müzəffər ordumuzun şücaətini , xalqımızın birliyini özündə əks etdirən bədii nümunlərdən parçalar söyləyiblər. Şagirdlər çıxışlarında bu əlamətdar günün Azərbaycan xalqının birliyi, bərabərliyi və bütövlüyü günü olduğunu qeyd ediblər. Bu günün əsas məzmununu xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə, doğma torpağa bağlılıq, azərbaycançılıq məfkurəsi, duyğuları və ideyaları təşkil etdiyini bildiriblər. Dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşməsi ideyasının müəllifi ulu öndərimiz Heydər Əliyev olduğunu böyük sevinclə qeyd ediblər.Tədbir böyük ruh yüksəkliyi ilə başa çatıb..