Doğma yurdum Azərbaycan adlı tədbir keçirilib

Məktəbin tarix müəllimi Mənsimova Leyla kitabxanada 10"B" və 6"B" siniflərinin təşkilatçılığı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Doğma yurdum Azərbaycan “ adlı tədbir keçirib.Müəllim məktəblilərə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğu vurğulayıb. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin bu sahədəki irsinin daim diqqət mərkəzində saxlanıldığını şagirdlərin nəzərinə çatdırıb.Tədbirdə şagirdlər söylədikləri şeirlərdə,təqdimatlarda doğma yurdumuz Azərbaycana olan dərin sevgilərini nümayiş etdiriblər.