Kitabxanada "Dörd usta qardaş" nağılı müzakirə olunub

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Talıbova Kəmalə və kitabxanaçı Cəmilə Bayramova 7"C"sinif şagirdləri ilə "Dörd usta qardaş"nağılının müzakirəsini keçiriblər. İlk öncə nağılın mövzusu, ideyası üzərində təhlil aparılıb, obrazlara münasibət bildirilib. 7"C" sinif şagirdi Aslanova Ayan dörd qardaşın əjdaha ilə görüşünün şəklini çəkib nümayiş etdirib. Nağılın mövzusu müasir dövrlə əlaqələndirilib. Sonda şagirdlərin mütaliəyə marağını yüksəltmək üçün bu müzakirələrin keçirilməsinin əhəmiyyəti qeyd olunub.