Erkən nikaha yox deyək! mövzusu dəyirmi masada müzakirə olundu

Məktəbin 10 "E" sinfinin sinif rəhbəri Təranə Zeynalovanın təşkilatçılığı ilə " Erkən nikaha yox deyək" başlığı altında dəyirmi masa keçirilib .Müəllim çıxışında bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyində yaşı 18- dən aşağı olan oğlan və qızların ailə qurması erkən nikah hesab olunur. Təəssüf ki, bu gün bu problem aktual olaraq qalır. Cəmiyyətimizin ən ağrılı və taleyüklü bu problemi hər bir kəsi narahat edir. Müəllim şagirdlərlə erkən nikahın nə qədər yanlış bir addım olduğunu, yaratdığı ciddi fəsadları müzakirə edib. Oğlan və qızların təhsildən uzaqlaşdırılması, erkən yaşlarda ailə quran ,ana olan qızların sağlamlıqlarında yaranan ciddi fəsadları qeyd edib. Valideynlərin, gənclərin bu mövzuda ciddi maariflənməsinin mütləq olması qeyd olunub. Müəllim qeyd edib ki, bütün bu müzakirələr, münasibətlər problemin həllinə kömək edə bilər.