Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir

Məktəbdə dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq silsilə tədbirlər davam etməkdədir. Məktəbin riyaziyyat müəllimləri Zenfira Abdullayeva, Mətanət Məmmədova və Firuzə Əliyevanın təşəbbüsü ilə VII siniflər arasında "Əyləncəli məntiq" adlı yarışma keçirilib. İlk öncə şagirdlər Lütfi Zadənin yaradıcılıq yolu haqqında hazırladıqları təqdimatlar nümayiş ediblər. Daha sonra əyləncəli viktorina oyunu başlanıb.Şagirdlərin fəallığı və hazırcavablığı nəticəsində qalib komandalar fərqlənib və mükafatlanıblar Şagirdlərin intelektul biliklərinin və riyazi məntiqlərinin inkişafı üçün təşkil olunan bu əyləncəli oyun şagirdlərdə çox yaxşı təəssüratlar yaradıb.