Yaşa, Prezidentim, yaşa!

Ali Baş Komandanımız İlham Əliyev bu torpaqdakı yad əlləri, yad nəfəsləri, yad dilləri qəbul edə bilmədi. Bu torpaq indi doğma dilimizdən çıxan  "Vətən” kəlməsilə oyanır. Aparılan siyasət məğrur Prezidntimizin başını ucalardan uca etdi.  Belə bir oğul xalqın böyük şərəfi, millətin böyük xoşbəxtliyidir.

  Bu gün  məktəbimizin akt zalında ölkə başçımızın doğum günü münasibətilə “Yaşa, Prezidentim, yaşa! ”mövzusunda tədbir keçirilib. Tədbirin təşkilatçısı məktəbimizin tarix müəllimi Ofelya Cəfərova olub. Tədbirdə 10”A”, 7”B”, 9 “B” sinif şagirdləri öz maraqlı çıxışları ilə tədbiri rövnəqləndiriblər. İnsanı duyğulandıran şeirlər söylənilib, mahnılar oxunub. Sonda tədbirin təşkilatçısı Ofelya Cəfərova iştirakçılarla birlikdə adını tarixin səhifələrinə qızıl hərflərlə yazan Ali Baş Komandanımıza öz dərin təşəkkürünü bildirərək onu doğum günü münasibətilə ürəkdən təbrik ediblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi