Lütfi Zadənin 100 illik yubileyi tədbirlərlə qeyd olunur

Məktəbdə Lütfi Zadənin 100 illik yubileyi ilə əlaqədar olaraq riyaziyyat müəllimləri Əliyeva Firuzə və Hüseynova Aygünun təşəbbüsü ilə 8”A” və 8”B”sinif şagirdləri ilə ,,Riyaziyyat və mən” başlığı altında dəyirmi masa keçirilib. Şagirdlərə əvvəlcə Lütfi Zadənin həyat yolu, yaradıcılıq fəaliyyəti ilə bağlı məlumatlar verilib . Sonra şagirdlər yaradıcı tətbiq etmə işi apararaq təqdimatlar ediblər. Onların təqdimatları məktəb rəhbərliyinin və qonaq kimi iştirak edən yuxarı sinif şagirdlərinin çox xoşuna gəlib. Şagirdlər süni intellekt, məntiq və riyaziyyatın müasir dövrdə əhəmiyyətindən danışaraq çıxış ediblər.