"Rəqəmsal gələcəyə doğru"

Məktəbin informatika müəllimləri Aşurova Röya, Paşşanova Vüsalə və Zeynalova Türkan 7"A", 7"B", 7"C" sinif şagirdləri ilə "Rəqəmsal gələcəyə doğru" adlı viktorina xarakterli yarış keçiriblər. Siniflər yarışda "Pyhton", "Alplogo", "Scratch" komandaları şəklində çıxış ediblər. Viktorina üç mərhələdən ibarət olub. I mərhələ suallar, II mərhələ kodlaşdırma, III mərhələdə isə təqdimat olub. Sonda qalib komandalar diplomla mükafatlandırılıb.