Nümunəvi dərs

    Məktəbdə keçirilən riyaziyyat aylığı ilə əlaqədar olaraq  məktəbin riyaziyyat müəllimi Mətanət Məmmədova 6"B" sinif şagirdləri ilə nümunəvi dərs keçirib. Dərsin mövzusu  "Kəmiyyətin  faizlə dəyişməsi" olub. Müəllim dərsdə yeni interaktiv təlim metodlarından istifadə edərək dərsin gedişi üçün şagirdlərə çox maraqlı  motivasiya verib.Qruplara tədqiqat tapşırığı verilib və təqdimatlar edilib. Dərsdə müəllim qarşısına qoyduğu məqsədə- yeni dərsin  şagirdlər tərəfindən mənimsənilməsinə və düzgün nəticənin çıxarılmasına nail olub. Nümünəvi dərsdə məktəbin direktoru Kəmalə Qədirova, tədris işləri üzrə direktor müavini Nazimə Zeynalova və bir neçə müəllimi də iştirak edib. Müəllim dərs zamanı vaxtdan səmərəli istifadə edərək həm qrupları ,həm də fərdi olaraq şagirdləri  qiymətləndirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi