“Riyaziyyat bütün elmlərin açarıdır” adlı viktorina keçirilib

Məktəbdə fənlərin tədrisi vəziyyətinin yüksəldilməsi, müəllim və şagirdlərin təlimə marağının artırılması, müəllimlərin gündəlik fəaliyyətlərinə yaradıcı yanaşmalarının təmin olunması, fənlər üzrə bilik, bacarıq və vərdişlərin inkişafına daha geniş şəraitin yaradılması  üçün  hər il olduğu kimi bu ildə  fənn aylıqlarının keçirilməsi məktəbin fəaliyyət planında qeyd olunub . Dekabr   ayı  riyaziyyat   fənninin tədrisi vəziyyətini yaxşılaşdırmaq, şagirdlərin fənnə olan maraq və meyillərini gücləndirmək, bilik və məlumatlarını genişləndirmək məqsədilə  “Riyaziyyat   fənni aylığı” elan olunmuşdur. 
 Məktəbin riyaziyyat müəllimləri Mətanət Məmmədova və İlahə  Ramazanovanın təşkilatçılığı ilə  “Riyaziyyat bütün elmlərin açarıdır” adlı viktorina keçirilib.Vktorinanın birinci mərhələsində fənn müəllimlərindən təşkil olunmuş münsiflər heyəti tərəfindən şagirdlərin nəzəri bilikləri yoxlanılıb, 2- ci mərhələdə isə  4  komanda üzvləri təqdim olunmuş suallar əsasında iş vərəqlərində maraqlı riyazi tapşırıqları həll ediblər. Viktorinanın 3-cü mərhələsində komanda rəhbərləri köməkçi üzvlərin köməyi ilə  yarışıblar. Lütfi Zadənin 100 illiyi ilə əlaqədr verilmiş tapşırıqlar üzərində iş prosesində 6"A" sinif şagirdi Xəlilov Nofəl Lütfizadə haqqında təqdimat edib. Sonda  viktorinanın qalibi olan  “Çevrə” qrupunun üzvləri məktəb müdiriyyəti tərəfindən diplomlarla  təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi