Qəlblərdə yaşayan insan

Məktəbdə 6”B” sinfinin sinif rəhbəri Leyla Mənsimova və Azərbaycan dili və ədəbiyyatı müəllimi Təranə Bağırovanın təşkilatçılığı ilə Ümummilli liderimiz Heydər Əliyevin anım gününə həsr edilmiş “Qəlblərdə yaşayan insan” adlı dərs keçirilib. Şagirdlər anım günündə məşhur şəxsiyyət, onun həyatı, fəaliyyəti haqqında danışıb, ulu öndərimizə həsr edilmiş şeirlər söyləyiblər. Şagirdlər çıxışlarında ulu öndərimizin müasir Azərbaycanın qurucusu,yaradıcısı olduğunu ,bugünkü qələbəmizdə onun əvəzsiz rolunu qeyd ediblər .8 Noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ulu öndərin məzarını ziyarət etməsi,sanki Şuşanın işğaldan azad edilməsinin hesabatını verməsi , atasının vəsiyyətini yerinə yetirməsi bir daha sübut edib ki, İlham Əliyev onun siyasətinin davamçısıdır. Azərbaycan xalqı xoşbəxtdir ki, Heydər Əliyev kimi ümummilli lideri ,İlham Əliyev kimi Prezidenti var.
Azərbaycanın müstəqilliyi sarsılmaz,ərazi bütövlüyü pozulmazdır!
Allah Ulu öndərimizə rəhmət eləsin! Qəbri nurla dolsun!