Ulu öndərin anım günü keçirilib

Məktəbin tarix müəllimi Olqa Abbasova 10"E' sinfində Ulu öndərin anım gününü keçirib. Müəllim bildirib ki, 12 dekabr tarixində müasir Azərbaycanın qurucusu və memarı, görkəmli dövlət xadimi, xalqımızın xilaskarı ulu öndər Heydər Əliyevin anım günüdür. Olqa müəllim çıxışı zamanı onu da vurğulayıb ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, dünyanın ən görkəmli siyasətçilərindən biri olub. Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədir. Şagirdlər çıxışlarında bildiriblər ki, ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ölkəmizdə əmin-amanlıq, sakitlik yaradıb, hərc-mərcliyə son qoyulub və Azərbaycan dövləti tarixində quruculuq mərhələsi başlayıb.