Sən elə zirvəsən...

Azərbaycan xalqı xoşbəxtdir. Xöşbəxtdir ona görə ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində  Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoyub.

Hər ildə olduğu kimi, bu gün də ulu öndərimizin “Anım günü” münasibətilə məktəbimizdə silsilə tədbirlər keçirilib.

   Məktəbimizin 5"B" sinfində “Zülmətə nur saçan günəş” adlı mühazirə dərs keçirilib. Ədəbiyyat müəllimi Həcər Bəşirova dahi şəxiyyətin həyat yolundan, xalqımıza etdiyi misilsiz xidmətlərindən söhbət açaraq diqqəti maraqlı videoçarxlara yönəldib.

 Sonra dahi liderın anım günü münasibətilə kitabxanada 7"B" sinif şagirdləri “ Sən elə zirvəsən” adlı dəyirmi masa keçirilib.  Şagirdlər bu əvəzsiz insanın həyatından maraqlı hadisələr danışaraq onun ictimai xadim, gözəl ailə başçısı olduğunu fəxrlə qeyd ediblər.  Sonda şagirdlər bu qənaətə gəliblər ki, Heydər Əliyevin nurlu xatirəsi qəlbimizdə, yaddaşımızda əbədi yaşayacaqdır. O, bizim üçün həmişə əziz olub, əziz olaraq da qalacaqdır. Ulu öndər nurlu bir müdriklik simvolu idi. Dahi və bənzərsiz şəxsiyyət parlaq günəş kimi üzərimizə daim işıq saçacaq,  həyatımızın hər sahəsində bizə yol göstərəcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi