Məktəbdə pedaqoji şuranın növbəti iclası keçirildi

Məktəbdə pedaqoji şuranın növbəti (onlayn) iclası keçirilib. İclasda pedaqoji şuranın üzvləri iştirak edib. İlk öncə iclasın gündəliyində olan IV siniflərdə ana dili, riyaziyyat, ingilis dili fənlərinin tədrisi vəziyyəti və düzgün yazı vərdişlərinin formalaşdırılması barədə məruzə olunub. Sonra 10"Ç", XI "Ç' texniki təmayül siniflərində aparılan monitorinqin nəticələri pedaqoji şura üzvlərinin diqqətinə çatdırılıb. V-XI siniflərdə ana dili və ədəbiyyat fənlərinin tədrisi vəziyyəti barədə metodbirləşmə rəhbəri məruzə edib. Pedaqoji şurada tarix və coğrafiya fənlərinin tədrisi ilə bağlı məruzə edilib. Pedaqoji şurada imtahan fənlərindən aparılan dioqnostik testlərin nəticələri və cari dərs ili üçün gözlənilən nəticələr də müzakirə olunub. Fənn olimpiadalarının məktəb turunun təşkili və nəticələri , eyni zamanda respublika fənn olimpiadasının şəhər mərhələsində iştirak edəcək şagirdlər barədə direktor müavini məlumat verib. Məktəbin psixoloqu “İstedad Bankı”nın yaradılması və risk qrupuna daxil olan uşaqların müəyyənləşdirilməsi, onlarla aparılacaq işlərin təşkili barədə məlumat verib.Bundan əlavə, məktəbdə şagirdlərin dərsə dəvamiyyəti, gündəliklərin işlənməsi və digər məsələlərlə bağlı çıxışlar olub.Qarşıda duran cari məsələlər, göstərişlər barədə müəllimlərə tapşırıqlar verilib.