Narkomaniyaya yox deyək!


Məktəbimizdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Nəsimi rayon Polis İdarəsinin  birgə təşkilatçılğı  ilə  ,,Narkomaniyaya yox deyək!,,mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə zərərli vərdişlərlə mübarizədə maarifləndirici görüşlərin əhəmiyyəti vurğulanıb.Yeniyetmələrə sağlam həyat tərzi keçirməyə,ətraf aləmin gözəlliklərindən-təbiətdən,kitablardan,maraqlı həyatı olan insanlarla ünsiyyətdən zövq almağa,faydalı bilik və bacarıq öyrənməyə çağırış edilib.Tədbirdə  Ülkər Camalova ,,Narkomaniyaya yox deyək!,,mövzusunda geniş təqdimatla çıxış edərək,iştirakçıları zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər ,gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə məlumat verib .Bundan başqa tədbirdə Nəsimi rayon Polis İdarəsinin məsul  şəxsləri də çıxış edərək yeniyetmələri zərərli vərdişlərdən uzaq olmağa ,sağlam gələcəkləri üçün özlərini yaxşı işlərə yönəltməyi,asudə vaxtlarını səmərəli keçirməyi tövsiyə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi