Oxu texnikasının monitorinqi keçirilib

Məktəbdə ıv siniflərdə oxu texnikasının monitorinqi keçirilib. Şagirdlərin oxu bacarığı onların diqqətli, sürətli və davamlı oxu vərdişləri ilə bağlıdır. Bu, məktəbimizin ibtidai siniflərində müntəzəm olaraq izlənilir. Şagirdin təhsildə uğuru  oxu bacarığının səviyyəsi ilə bağlıdır. İbtidai siniflərdə oxunun müxtəlif növlərindən istifadə etmək, şagirdlərdə düzgün, sürətli və ifadəli oxu vərdişləri yaratmaqla onun şüurluluğuna da təsir göstərir. Oxu texnikasının monitorinqini aparmaq məqsədilə noyabırın 17-də  şagirdlərin oxu bacarıqlarının səviyyəsinin öyrənilməsi və qiymətləndirilməsi həyata keçirilib. Ayrı-ayrı siniflərdə rəhbərliyin iştirakı ilə aparılan yoxlama zamanı məlum olub ki, şagirdlər, onlar üçün göstərilən normalara uyğun oxu texnikasına yiyələniblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi