Milli Dirçəliş Günü keçirilib

Məktəbdə  tarix müəllimləri  Olqa Abbasova  və  Səbinə Şahmalıyevanın  təşkilatçılığı ilə  8"D", 9"Ç" siniflərində 17 Noyabr Milli Dirçəliş Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirin təşkilatçısı Olqa müəllim çıxışında bildirib ki, 1988 –ci il noyabrın 17-də Azərbaycan xalqı azadlıq səsini ucaldaraq, imperiyaya qarşı  hamılıqla  ayağa qalxdı və bu xalqın dirçəlişi yolunda dönüş nöqtəsi idi. Həmin gün Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı oldu. Azərbaycan xalqı uzun illər  arzusunda olduğu  müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi.Tədbirdə şagirdlər də çıxış ediblər. Xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 Noyabr – Milli Dirçəliş Günün Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rolunu qeyd ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi