Şanlı tarix yazan müzəffər ordumuz

Məktəbin riyaziyyat müəllimi Mətanət Məmmədovanın təşkilatçılığı ilə 11"B" sinfinin şagirdləri riyaziyyat dərsində “Şanlı tarix yazan müzəffər ordumuz” adlı təqdimatlar ediblər. İlk öncə şagirdlər Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Şagirdlər təqdimatlarında bildiriblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən, qətiyyətli siyasəti, güclü iradəsi, rəşadətli Azərbaycan Ordusunun və igid oğulların 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığı nəticəsində düşmən tapdağı altında olan torpaqlarımız  işğaldan azad edilib. Sonda Mətanət müəllim bu şanlı qələbə yolunda canlarından keçən bütün şəhidlərimizin qarşısında  baş əydiyini, qazilərimizə Allahdan şəfa dilədiyini bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi