Zəfər Günü”nə həsr edilmiş dərs keçirilib

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Təranə Bağırova 6"B" sinfində Zəfər Günü”nə həsr edilmiş dərs keçirib. Şagirdlər proqram materialına uyğun olaraq Hikmət Ziyanın “Qarabağ” şeirinin ifadəli oxusunu keçiriblər. Şeirin mövzusu, ideyası müəyyənləşdirilib. Şagirdlər təqdimatlarında doğma yurda olan sevgilərini, şəhidlərimizə olan böyük ehtiramlarını bildiriblər. Bu, şagirdlər üçün Vətən dərsi olub.